Britaniya ölüm sayına görə ikinci, Rusiya isə yoluxma sayına görə üçüncü oldu - KORONAVİRUS STATİSTİKASI

Baxış sayı:
2301

Böyük Britaniya yeni tipli koronavirusdan ölənlərin sayına görə artıq dünyada ikinci yerdədir. Bu ölkədə yeni tipli koronavirusdan ölənlərin sayı 31 855 nəfərə çatıb.

Ölüm statistikasında birinci pilləni ABŞ (80 787 nəfər Kovid-19-dan vəfat edib), üçüncü pilləni isə İtaliya (30 560 nəfər) tutur.

Worldometers.info saytının məlumatına görə, yoluxma və ölüm hallarına görə ilk beşlikdə olan ölkələr aşağıdakılardır:

ABŞ – 1 367 638 yoluxma,  80 787 ölüm, 256 336 sağalma halı;

İspaniya – 264 663 yoluxma, 26 621 ölüm, 176 439 sağalma halı;

Rusiya – 221 344 yoluxma, 2 009 ölüm, 39 801 sağalma halı;

Böyük Britaniya – 219 183 yoluxma, 31 855 ölüm halı;

İtaliya – 219 070 yoluxma,  30 560        ölüm, 105 186 sağalma halı qeydə alınıb.

Hurriyyet.org