Britaniya müxalifəti baş nazirin təklifini rədd edəcək

Baxış sayı:
23794

Britaniyanın müxalifət partiyaları bazar ertəsi günü baş nazir Boris Conson tərəfindən parlamentə təqdim olunacaq növbədənkənar seçkilərlə bağlı təklifi rədd etməyə razılaşıb. Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, Leyboristlər Partiyası, Liberal Demokratlar, Şotlandiya Milli Partiyası və Uels Partiyası parlamentdə keçiriləcək səsvermədə təklifə qarşı çıxacaqlarını açıqlayıblar. Böyük Britaniyanın Baş Naziri Boris Conson oktyabrın 15-də İcmalar palatasına növbədənkənar seçkilər keçirmək niyyətindədir. Növbədənkənar seçkilərin keçirilməsinə Krallığın Avropa İttifaqını tərk etməsi prosesini oktyabrın 31-dən sonraya təxirə salınmasının önünü açan qanun layihəsini İcmalar palatasından keçirmək istəyən Britaniya müxalifətinin demarşı səbəb olub. Qeyd edək ki, növbədənkənar seçki təklifi İcmalar palatası deputatlarının üçdə ikisinin razılığı əldə olunduqdan sonra keçirilməlidir.