​Britaniya Kremlə HÜCUM EDƏCƏK – Qisas əməliyyatı

Baxış sayı:
8197

Britaniya Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Sergey Skripalın zəhərlənməsinə cavab olaraq Rusiyanın dövlət serverlərinə kiberhücum həyata keçirə bilər.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Tayms” qəzeti yayıb. hazırda Britaniya Müdafiə Nazirliyinin radioelektron kəşfiyyat üçün xüsusi proqram təminatı yaratdığı bildirilib.
 “Bu proqramın Kremlin kompüter şəbəkəsinə hücum üçün istifadə ediləcəyi istisna edilmir. Bu, Skripalın zəhərlənməsinə əsas cavab olacaq”, - xəbərdə bildirilir.
Qeyd edək ki, bundan öncə Britaniya Baş naziri Rusiyanı Skripalın zəhərlənməsinə görə ittiham etmiş və iki gün ərzində izahat verilməsini tələb etmişdi.