Britaniya kraliçası taxt-tacından imtina etmək niyyətindədir - KİV

Böyük Britaniya kraliçası II Elizabet oğlu şahzadə Çarlzın xeyrinə taxt-tacdan imtina etmək niyyətindədir.
 
Bu barədə “The Mirror” qəzeti yazıb.
 Məlumata əsasən, kraliça dörd ildən sonra, yaşı 95-ə çatdıqda taxt-tacından imtina edəcək. Zəruri sənədlərin hazırlanması üçün prosedurun artıq başlandığı qeyd olunur.
 “Kraliça II Elizabet əmin olmaq istəyir ki, zaman gəldikdə məsələ insidentsiz həll olunacaq”, deyə məlumatlı mənbə qəzetə bildirib.