​Britaniya hökuməti Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək

Baxış sayı:
2299

Böyük Britaniyanın Milli Təhlükəsizlik Şurası 20 mart tarixində toplantı keçirəcək.
Muxalifet.az xəbər verir ki, iclasda polkovnik Sergey Skripalın zəhərlənməsi ilə bağlı Rusiyaya qarşı yeni tədbirlərin hazırlanması müzakirə ediləcək.
Bir müddət əvvəl isə Avropa Şurası kimyəvi silahdan istifadə edilməsini pisləyən bəyanat yayımlayıb. Bəyanata əsasən, Skripalın zəhərlənməsində Rusiyanın əli var.