Britaniya Fars körfəzində hərbi mövcudluğunu artırır

Baxış sayı:
8920

London və Tehran arasında münasibətlərin gərginləşməsi fonunda Britaniya öz ticarət gəmilərini Fars körfəzində qorumaq üçün buradakı mövcudluğunu gücləndirmək niyyətindədir. Muxalifet.az xəbər verir ki, bu məlumatı “Doyçe Velle” yayıb. Məlumata görə, Britaniya vaxtından əvvəl bölgəyə “Duncan” gəmisini “Montrose” hərbi gəmisini əvəz etmək üçün göndərəcək. London həmçinin öz ticarət gəmiləri üçün xəbərdarlıq səviyyəsini maksimal həddə çatdırıb. Qeyd edək ki, bundan öncə İran İslam İnqilabı Keşikçiləri Korpusunun hərbi gəmiləri Britaniyanın neft tankerini mühasirəyə alaraq ələ keçirməyə cəhd etmişdilər. Sonrada SEPAH bu məlumatı təkzib etsə də, Britaniya Müdafiə Nazirliyi təsdiq etmişdi.