Britaniya bu ölkəyə külli miqdarda texnika verdi

 
Latviya silahlı qüvvələri Böyük Britaniyadan 65 ədəd zirehli hərbi kəşfiyyat maşınları alıb.
 
Muxalifet.az xəbər verir ki, bu barədə Latviya Müdafiə Nazirliyindən informasiya verilib.
Məlumata görə, Latviya quru qoşunlarının mexanikləşdirilmiş piyada briqadasının yaradılması üçün onun tərkibinə 123 ədəd zirehli nəqliyyat vasitəsinin tədarükü planlaşdırılıb. 2020-ci ilə qədər nəzərdə tutulan layihə çərçivəsində ilk dəfə 2015-ci ildə zirehli nəqliyyat vasitələrinin tədarükü həyata keçirilib. Əldə olunan bütün zirehli vasitələr əsaslı təmir və yeniləmələrdən keçib. Bundan əlavə maşınlar NATO-nun müasir tank əleyhinə "Spayk" sistemi ilə təchiz olunub.
Müqaviləyə əsasən 123 platformanın tam və əsaslı təmiri, ehtiyat hissələrinin alınması və Latviya mütəxəssislərinin təliminə 39,418 milyon funt (46,6 milyon avro) ayrılıb.
Qeyd edək ki, qarşıdakı 10 il ərzində mexanizasiya layihəsinin (avadanlıqların saxlanması, təmizlənməsi və qulluğu daxil olmaqla) ümumi xərcləri 249.515 milyon avro təşkil edəcək.