Britaniya Avropa İttifaqını 2019-cu ildə tərk edəcək

Böyük Britaniya (BB) Avropa İttifaqını (Aİ) 2019-cu ilin martında tərk edəcək və eyni vaxtda Gömrük İttifaqını və Aİ-nın ümumi bazarını tərk edəcək.
 
Bu barədə BB-n maliyə naziri Filip Hammond və xarici ticarət naziri Liam Foks «Sandi teleqraf» qəzetinin saytında dərc etdirdikləri birgə məqalədə xəbər veriblər. Onlar qeyd ediblər ki, işgüzar ictimaiyyətə əminlik aşılamaq mülahizəsindən dolayı, «brekzit»-dən sonrakı keçid dövrü «sonsuz davam edə bilməz».
Bununla yanaşı, nazirlər bildiriblər ki, keçid dövrü ərzində Britaniyanın sərhədləri «fəaliyyətdə olmalıdır».
«İnternt vasitəsilə əldə olunan mallar əvvəlki qaydada sərhədi keçməli, şirkətlər isə bütün Avropa İttifaqı boyunca öz istehlakçılarını təchiz etmək imkanlarına malik olmalıdırlar» – deyə, nazirlər izah ediblər.