Britaniya 3-cü peyvəndi də təsdiqlədi

Baxış sayı:
1153

Böyük Britaniya Amerikanın “Moderna” şirkəti tərəfindən istehsal olunan peyvəndin ölkədə koronavirusa qarşı istifadəsini təsdiqləyib.

Publika.az xəbər verir ki, bu, təsdiqlənən və istifadəsinə icazə verilən 3-cü peyvənddir.

“Moderna” peyvəndi COVID-19-a qarşı 94 faiz təsirlidir. Böyük Britaniya 7 milyon doza “Moderna” peyvəndi sifariş edib.

Baş nazir Boris Conson, üçüncü bir peyvəndin ölkəsində təsdiqlənməsinin əla xəbər olduğunu söyləyib.

“Moderna” peyvəndlərinin Krallığa mart ayında gəlməsi gözlənilir. Bunun səbəbi peyvəndin hazırda yalnız ABŞ-da istehsal edilməsidir.

Qeyd edək ki, Britaniyada Pfizer-BioNTech və Oksford-AstraZeneca şirkətləri tərəfindən hazırlanan peyvəndlər istifadə olunur.