Brexit razılaşması parlamentdə dördüncü dəfə səsverməyə çıxarılacaq

Baxış sayı:
328

Böyük Britaniyanın baş naziri Tereza Mey Avropa İttifaqı ilə əldə etdiyi Brexit razılaşmasını dördüncü dəfə parlamentdə səsverməyə qoyacaq.

AZƏRTAC xəbər verir ki, baş nazir və müxalifət lideri Ceremi Korbin arasında keçirilən görüşdən sonra səsvermə olacağı açıqlanıb. Səsvermənin deputatların yay istirahətinə çıxmasından əvvəl keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, Brexit müqaviləsi 3 dəfə səsverməyə çıxarılsa da, parlament tərəfindən qəbul edilməyib.