“Brexit dalana girdi”: İngilis Parlamenti təklifi qəbul etdi

Baxış sayı:
5545

 İngilis Parlamenti Avropa Birliyindən (Aİ) müqaviləsiz ayrılmağı hər şərtdə rədd edən təklifi qəbul edib.
 
Parlamentin alt qanadı Avam Palatasında keçirilən səsvermədə ölkənin Aİ-dən müqaviləsiz ayrılmasını hər şərtdə rədd edən təklif 308- səsə qarşı 312 səslə qəbul edilib.
Bu nəticə təklifə qarşı olan baş nazir Theresa Mey üçün yeni bir məğlubiyyət oldu.
Parlamentin bu axşam Mey-in dəstəklədiyi əlavəyə də səsverməsi gözlənilir. Mey-in əlavəsi 29 martda Aİ-dən bir müqavilə olmadan ayrılmağı rədd edərkən, müqaviləsiz ayrılığın İngilis və AB hüququna görə fərz edilən variant olduğunu vurğulayır.
Mey-in Aİ ilə razılaşdırdığı “Brexit” müqaviləsi yanvarın 15-də və dünən keçirilən iki səsvermədə əzici çoxluqla rədd edilib.
Müxalifət.az