“Brexit” Böyük Britaniyaya fayda verəcək” - TRAMP

Baxış sayı:
11788

“Brexit” baş tutmalıdır, o, Böyük Britaniyaya fayda verəcək.
Muxalifet.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Böyük Britaniyanın Baş naziri Tereza Mey ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
“Hesab edirəm ki, o, baş tutacaq, baş tutmalıdır da… Məncə, o, ölkəyə fayda verəcək”, – D.Tramp deyib.
Daha əvvəl ABŞ prezidenti rəsmi Londonu Aİ-dən çıxışla əlaqədar İttifaq qarşısındakı öhdəliklərin yerinə yetirməməsi səbəbilə Brüsselə ödənilməli olan 39 milyard funt sterlinq (təxminən, 50 milyard dollar) məbləğində təzminatı ödəməməyə çağırıb./report/