Brett Makgurk haqda ŞOK İTTİHAM: QAÇAQMALÇILIQ, SİLAH TİCARƏTİ, RÜŞVƏT, QƏTLİAM VƏ..

Baxış sayı:
3520

Raqqanın Yerli Məclisinin sədri Sədi Siveyşi, Suriyada İŞİD ilə mübarizə adı altında qətliam, qaçaqmalçılıq və rüşvət sistemi quran ABŞ nümayəndəsi Brett Makgurk ilə xüsusi nümayəndə Maykl Ratneyi, Amerika səfəri çərçivəsində baş tutan danışıqlarda gündəmə gətirib. ABŞ rəsmiləri bütün çirkli işlərdən xəbərdar olduqlarını bildiriblər.
 
Raqqanın Yerli Məclisinin sədri Şədi Siveyşinin başçılığı altında bir heyət, 31 yanvar - 15 Fevral tarixləri arasında ABŞ-da rəsmi görüşlər keçirib. Heyət üzvlərinin, 4 Konqres üzvü ilə keçirdikləri görüşlərdə dedikləri, ABŞ-ın Suriyadakı nümayəndəsinin Vaşinqtona saxta hesabatlar təqdim etdiyini ortaya çıxarıb.
 
BU VƏZİYYƏT NÜFUZUMUZU ZƏDƏLƏYİR
 
Siveyşi, bunları söyləyib:
“ABŞ Konqresinin 4 üzvü ilə uzun müddətli bir görüşümüz oldu. Bizə, Pentaqon və MKİ ölkəni macəraya sürükləyir, orada özlərinə rüşvət və korrupsiya sistemi quran bir quruluş yaradılıb və bu vəziyyət nüfuzumuza xələl gətirən nəticələrə yol açır” kimi fikirlər söylədilər. Makgurkun liderliyində MKİ və Pentaqon nümayəndələrinin də aralarında olduğu PKK ilə birgə qaranlıq işlər görüldüyü heyət üzvlərimiz tərəfindən dilə gətirildi. Konqres üzvləri, başda neft, tarixi əsər, qızıl alveri və silah ticarəti olmaqla, bir çox çirkli işlərin bu qrup tərəfindən törədildiyini söylədilər”.
 
TƏMİNAT VERDİLƏR, DƏYİŞƏCƏK
 
Siveyşi, Vaşinqtonda, ABŞ-ın Suriya üzrə Xüsusi Nümayəndəsi Maykl Ratney və İŞİD-lə mübarizə koalisiyasıın xüsusi nümayəndəsi sifəti ilə xidmət edən Brett Makgurkun çirkli əməllərinin məlum olduğunu və 2 ildən artıq keçən proses daxilində bir çox korrupsiyaya imza atan komandasının dəyişəcəyi istiqamətində onlara təminat verildiyini bildirib.
 
PKK İLƏ DÖYÜŞÜB, ONLARA VƏTƏNİMİZİ ƏLDƏ ETMƏ HAQQI VERMƏYƏCƏYİK
 
Siveyşi, “Biz Raqqanın övladlarıyıq, bölgəmiz yenidən əsil sahiblərinə qayıdacaq və biz Raqqanı yenidən yaşanacaq bir məmləkət halına döndərəcəyik. Hamı razılaşsa belə, biz PKK ilə döyüşüb, onlara vətənimizi yurd əldə etmə haqqı verməyəcəyik” deyə, söyləyib.
Müxalifət.az