​Brent neftinin qiyməti 63 dolları keçdi

ICE London qitələrarası birjasında keçirilən hərraclar zamanı Brent markalı neftin 1 barelinin qiyməti 30 iyun 2015-ci il tarixdən ilk dəfə 63 dolları keçib. 
Muxalifet.az bu barədə hərracların nəticələrinə istinadən xəbər verir.
Şimal dəniz neft qatışığının yanvar fyuçerslərinin qiyməti bir barel üçün 2,66% artaraq 63,72 dollara satılıb.
WTI markalı neftin bir barelinin qiyməti isə 2,28% bahalaşaraq 56,91 dollar olub.