“Brent” neftinin qiyməti 39 dolları ötdü

Baxış sayı:
2119

OPEC+ ölkələrinin nazirlərinin görüşünün yaxınlaşması və saziş çərçivəsində hasilatın indiki səviyyədə azaldılmasının sentyabr ayının 1-dək uzadılması barədə xəbərlər neftin qiymətini artırmaqda davam edir.

Bakı vaxtı ilə saat 12:45-ə olan məlumata görə, Londonun "ICE Futures" birjasında “Brent” markalı neftin avqust fyuçerslərinin bir barelinin qiyməti 2,09% artaraq 39,12 ABŞ dolları təşkil edib.

Nyu-Yorkun “Nymex” əmtəə birjasında WTI markalı neftin iyul fyuçerslərinin bir barelinin qiyməti 1,8% artaraq 36,07 ABŞ dolları olub.