​Brent neftin qiyməti 45 dollara düşdü

Neft, qlobal istehsalın yenidən artacağı, tələbin isə azalacağının gözlənilməsi ilə ucuzlaşır.
“Marja” xəbər verir ki, Brent nefti 45 dollar səviyyələrinə düşüb.
Bakı vaxtı ilə saat15:25-də Brent nefti 1,7% ucuzlaşma islə 45,79 dollardan, ABŞ xam nefti isə 1,6% ucuzlaşma ilə 43,27 dollardan alıcı tapıb.
Hasilatları daxili problemlər ucbatından fasiləyə məruz qalan OPEC üzvləri Liviya və Nigeriya, bir neçə həftə içində hasilatlarını yenidən artırmağa hazırlaşırlar.
Beynəlxalq Enerji Agentliyi, Cümə günü etdiyi açıqlamada, neft bolluğunun, tələb artmasının ləngiməsi və istehsalın güclü olması ilə əlaqədar olaraq daha əvvəl düşünüldüyündən daha uzun müddət davam edəcəyini qeyd edib.
Neft, Neft İxrac Edən Ölkələr Birliyi ölkələrinin (OPEC) və Rusiyanın bu ay Əlcəzairdə keçiriləcək iclasda bazara sabitlik gətirmək üçün razılığa gələcəyi spekulyasiyası ilə əlaqədar olaraq Avqustda bir qədər bahalaşmışdı. Məlumata görə, 14 üzvün hamısı 27 Sentyabrdakı iclasda iştirak edəcək.
“CMC Markets”in bazar strateqi Maykl Mccarthy, “40 dollarda olduqca güclü bir dəstək, 50 dollarda isə olduqca güclü bir müqavimət var. Qiymətlər bu iki sərhəd arasında gedib gəlir. Neft bazarı treyderlərinin bir çoxunun OPEC-dən bir şey çıxmasını gözlədiyini güman etmirəm” şəklində fikir bildirib.