"Brent" markalı neftin qiyməti 30 dolları ötdü

Baxış sayı:
447

"Brent" markalı neftin iyul fyuçerslərinin qiyməti Londonun "ICE" birjasında saat 20:44 üçün 5,4 faiz artaraq 30,76 dollar təşkil edib.

"TASS" xəbər verir ki, saat 20:56 üçün "Brent" markalı neftinin bir barelinin qiyməti 30,98 dollar səviyyəsinə qədər artıb.

"WTI" markalı neftin fyuçerslərinin qiyməti isə 8,9 faiz artaraq, 27,53 dollar təşkil edib./Publika.az