Bərdədə yol qəzasında iki nəfər ölüb - FOTO

Baxış sayı:
13765

Bərdə rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qarabağ mərkəzinin verdiyi məlumata görə, hadisə rayonun Soğanverdilər kəndi ərazisində qeydə alınıb.

"VAZ 2107" markalı avtomobil idarə etməni itirərək yol kənarında olan iri gövdəli ağaca çırpılıb. Nəticədə sürücü, 1979-cu il təvəllüdlü Ağcabədi rayon Boyat kənd sakini Məmmədov Emin Saday oğlu hadisə yerində, sərnişin, 1990-cı il təvəllüdlü Ağcabədi rayon Boyat kənd sakini Kərimov Elgün Şirin oğlu isə xəstəxanada dünyasını dəyişib.

Digər yaralı, 1994-cü il təvəllüdlü Ağcabədi rayon Boyat kənd sakini Aslanov Şamxal Rövşən oğlu Bərdə Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.