Bərdədə tapılan heyvan leşləri ilə bağlı araşdırma başladı

Baxış sayı:
1745

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Bərdə rayonunda suvarma üçün nəzərdə tutulan Qarabağ kanalında aşkarlanan 20-yə yaxın ölmüş heyvanın cəmdəyi ilə bağlı araşdırmalara başlayıb. 

Bu barədə Agentlikdən məlumat verilib. 

Qeyd olunub ki, məsələ ilə bağlı məlumat daxil olduqdan dərhal sonra AQTA əməkdaşları araşdırmalara başlayıb: "Hazırda müvafiq qurumlarla birgə hadisənin başvermə səbəbləri və digər istiqamətlərdə araşdırmalar aparılır. Araşdırmaların nəticələri ilə bağlı ətraflı məlumat veriləcək".

report.az