​​​Bərdədə SİLAHLI ŞƏXS SAXLANILDI

Əldə edilmiş əməliyyat məlumatı əsasında Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Abbasovu  idarə etdiyi “Mitsubishi” markalı avtomobillə birlikdə saxlayaraq Polis Şöbəsinə gətiriblər.
DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, baxış zamanı onun üzərindən nömrəsi silinmiş “Naqan” tipli tapança, 1 ədəd patron və 1,9 qram heroin aşkar edilib.
“Mitsubishi” markalı avtomobilə baxış keçirən polis əməkdaşları oradan “F-1” qumbarası, 1 ədəd bıçaq və 1 ədəd dəmir ling də aşkar edərək götürüblər.
Faktla əlaqədar RPŞ-də cinayət işi başlanılıb.