Bərdədə ruhi xəstəlikdən əziyyət çəkən qadın özünü su kanalına atıb

Bərdə rayonunda intihar hadisəsi baş verib.
Muxalifet.az-ın report-a istinadən məlumatına görə, rayon sakini İsmayılova Nazilə Xudaverdi qızı özünü Qarabağ su kanalına atıb.
Onun meyiti 4 km aralıda, rayonun Hüseynbəyli kəndində tapılıb. Qeyd edək ki, N. İsmayılova uzun illərdir, ruhi xəstəlikdən əziyyət çəkib.
Faktla bağlı araşdırma aparılır.