Bərdədə qadını vuraraq qaçan sürücü tutulub

Bərdədə qadın piyadanı vuraraq qaçan sürücü saxlanılıb.
 
Daxili İşlər Nazirliyi xəbər verir ki, avqustun 13-də Bərdə rayonunun Şıxlı kəndi ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən şəhər sakini Şəbnəm İsmayılova vurulub və o, hadisə yerində ölüb.
Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən “VAZ-21114” markalı avtomobilin sürücüsü – Yevlax şəhər sakini Rəhim Əlişli tutulub.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.