Bərdədə intihara cəhd - 43 YAŞLI KİŞİ BOĞAZINI KƏSDİ

Baxış sayı:
3184

Bərdədə 43 yaşlı şəxs özünə xəsarət yetirib.

Hadisə rayonun 20 Yanvar adlanan ərazisində baş verib. Mirzə Fətəli Axundov küçəsində yaşayan 1977-ci il təvəllüdlü Abbasov Cəmaləddin Fəxrəddin oğlu boğazı kəsilmiş halda xəstəxanaya yerləşdirilib. Yaralının sözlərinə görə, özü-özünə qəsd edib. Hadisəni hansı səbəbdən törətdiyi barədə isə məlumat verməyib.

Faktla bağlı araşdırma aparılır./qafqazinfo