Bərdədə gərginlik: Qaçqınlar yolu kəsiblər, polis müdaxilə edib

Bərdə rayonunda məskunlaşan bir qrup Ağdam qaçqını mənzil probleminə görə etiraz edib.

Arqument.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Xəbərə görə, hadisə yerinə əlavə polis qüvvələri cəlb olunub: “Bu dəqiqə Bərdədə çox böyük gərginlik var. Mənzil problemləri ilə bağlı başlarına açılan oyunlardan bezən Ağdam qaçqınları yolu kəsiblər. Təkcə 300-ə yaxın avtomobil var. Artıq polis dəstələri hadisə yerinə gəlir. Bu dəfə geri dönməyəcəyini bildirən qaçqınlar sona qədər yolu açmayacaqlarını bildirirlər”.

Aksiya iştirakçıları Arqument.Az-a bildiriblər ki, hazırda qarşıdurma davam edir və polis aksiyaya müdaxilə edib.