Bərdədə doğuş faciəsi - VİDEO

Baxış sayı:
11416

Bərdə Rayon Mərkəzi Xəstəxanasının Doğum Şöbəsində yeni doğulan körpə ölüb. Oxu.Az-ın məlumatına görə, rayonun Nazırlı kənd sakini, 31 yaşlı Günay Babayeva vaxtından əvvəl cərrahiyyə doğuşu diaqnozu ilə doğum evinə daxil olub. Ana iki əkiz qız uşağı dünyaya gətirib. Əkiz uşaqlardan biri doğuşdan bir gün sonra doğum evində ölüb. Faktla bağlı Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.