Bərdədə avtomobil qadın piyadanı vuraraq öldürüb

Bərdə rayonunda avtomobil yolu keçən qadını vuraraq öldürüb.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, avqustun 13-də saat 03.00 radələrində Bərdə rayonunun Şıxlı kəndi ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən şəhər sakini Şəbnəm İsmayılova vurulub və o, hadisə yerində ölüb.
 Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən “VAZ-21114” markalı avtomobilin sürücüsü – Yevlax şəhər sakini Rəhim Əlişli tutulub.
 Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.