Bərdədə AĞIR QƏZA - Yaralılar var

Baxış sayı:
13222

Bərdə rayonunda iki minik avtomobili toqquşub.

"Report"un Qarabağ Mərkəzinin məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

"Opel" və "VAZ 21011" markalı minik avtomobillərinin toqquşması nəticəsində rayon sakinləri olan 3 nəfər ağır xəsarət alıb. Yaralılar rayon mərkəzi xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər. Həkimlər onların vəziyyətinin orta-ağır olduğunu bildiriblər.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır.