Bərdədə 18 yaşlı gənci bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB

Baxış sayı:
2848

Bərdə rayonunda 18 yaşlı gənci bıçaqlayan şəxs tutulub. "Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, Bərdə rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni tördən Goranboy rayon sakini, 1987-ci il təvəllüdlü Rəşad Füzuli oğlu Quluzadə saxlanaraq istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. *** 07:44 Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib. "Report"un Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Mirzəxan kəndində qeydə alınıb. Kənd sakini 2001 çi il təvəllüdlü Əhmədov Rauf Nurəddin oğlu həmyerlisi tərəfindən bıçaqlanıb. Hadisəni törədən şəxsin şəxsiyyəti hələlik müəyyənləşməyib. Yaralı yaxınları tərəfindən Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.