​Braziliyalı ulduz "Qarabağ"dan getdi

Baxış sayı:
1351

Braziliyalı ulduz futbolçu Pedro Enrikenin "Qarabağ”dan getməsi rəsmiləşib.
Muxalifet.az xəbər verir ki, bu barədə klubun saytından məlumat yayılıb.
Cari mövsümün əvvəlində Yunanıstanın PAOK klubundan 1 illik icarə əsasında Ağdam klubuna transfer olunan Pedro Enrikeylə yeni müqavilə imzalanmayıb. Klub Enrikeyə göstərdiyi xidmətlərə görə təşəkkür edərək, gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, Pedro Enrike "Qarabağ"ın heyətində 26 matçda 6 qola imza atıb.