Braziliyadan Venesuelaya hərbi müdaxilə mesajı

Baxış sayı:
6451

Braziliyanın prezidenti Jair Bolsonaro Venesueladakı çevriliş cəhdindən sonra Braziliya mətbuatına açıqlama verib.
 
 ABŞ prezidenti Donald Trampın Venesuelaya hərbi müdaxilə üçün Braziliya torpaqlarını istifadə etmək istəməsi vəziyyətində nə edəcəyini vurğulayan Bolsonaro bunları qeyd edib:
“Əgər ABŞ Braziliya torpaqlarını istifadə etmək istəsə bunları edəcəyəm: Milli Müdafiə Şurasını toplayacağam, Milli Müdafiə Şurasının bütün məqamlarını dinləyəcəyəm və bir qərar verəcəyəm. Silahlı bir müdaxiləyə dolayı olaraq iştirak ehtimalının sıfır olduğunu deməyəcəyəm, amma sıfıra yaxındır".
Müxalifət.az