Bransonun vəkilindən gözlənilməz çıxış: Şikayət edəcəyik

Baxış sayı:
2083

Bu, qəbul edəcəyimiz qərar deyil. Apellyasiya şikayəti verəcəyik.
Muxalifet.az xəbər verir ki, bu sözləri bu gün Türkiyədə azadlığa buraxılan rahib Endryu Bransonun vəkili İsmayıl Cem Halavurt deyib.
“Türkiyə ilə əlaqələrin gərginləşməsinə gərək yox idi. Etiraz haqqımızdan istifadə edəcəyik. Keşkə, həbsdə olmadan mühakimə edilsəydi. Qərar bizim üçün gözlənilməz olsa da, hazırlıqlarımızı görmüşdük”, - deyə vəkil bildirib.
O əlavə edib ki, təyyarə hazır olduqca Branson ABŞ-a yola düşəcək.