Branson və Heys vaqiəsi – ABŞ casusuna və narkotacirinə necə sahib çıxdı?

Baxış sayı:
6082

2 kilo həşişlə tutulan gəncin həyatı film olub “Oskar” aldığı kimi, keşişin başına gələnlər də, yəqin ki, filmə çəkiləcək

Heç demə, amerikalı yevangelist keşiş Endryu Bransonun Türkiyədə həbs edilməsi və ABŞ dövlətinin onun azadlığa buraxılması üçün böyük bir təzyiq kampaniyası başlatması bu iki ölkənin tarixində ilk vaqiə deyilmiş.

Son 70 ilin ayrılmaz müttəfiqləri olan ABŞ və Türkiyə təxminən bənzər bir durumu 44-48 il öncə də yaşayıblar. 
O zamankı “ABŞ vətəndaşının Türkiyədə həbs edilməsi” münaqişəsinin mayasında casusluq qalmaqalı olmayıb, sırf kriminal əməl durub. Ancaq bir amerikalı vətəndaşın Türkiyədən iki kilo həşiş çıxarmaq istəməsinin və aeroportda, təyyarənin trapının bir addımlığında saxlanılmasının kökündə yenə də gərginləşmiş siyasi münasibətlər varmış.

Hadisə belə olub. 1970-ci illərdə ABŞ dövləti öz ölkəsinin narkomanlarıyla, xüsusilə də nəşəxorlarla bacarmırmış. Artmaqda olan narkomaniyanın qarşısını almaqdan ötrü rəsmi Vaşinqton narkotik bitkilərin yetişdirildiyi, narkotik maddələrin hazırlandığı ölkələr təzyiq edirmiş ki, onlar bu işə son qoysunlar və amerikalı narkomanlar “mal” tapa bilməsinlər.

Image result for ABŞ narkomaniya marixuana

ABŞ-ın təzyiq etdiyi ölkələrdən biri də Türkiyə olub. Türkiyədə hazırlanan və “əsrar” adıyla məşhur olan həşiş ABŞ-da çox populyarmış. Ancaq o vaxtın baş naziri Süleyman Dəmirəl təzyiqlərə boyun əyməyib, deyib ki, ölkədə xeyli adam bununla dolanır, yasaqlasaq, fəlakət olar. ABŞ da narkomaniyanın artmasını fəlakət hesab etdiyindən öz rıçaqlarını işə salır və hərbçilər 1971-ci ildə Dəmirəli bir ultimatumla devirirlər. Başqa hökumət gəlir, dərhal ölkədə marixuana yetişdirilməsini yasaqlayır. Ancaq uğurlu olmur. Bir ildən sonra hökumət yenə dəyişir.

Image result for bill heys Türkiyə

                                            Bill Heys həbs olunan zaman

Bu arada Uilyam Heys adlı gənc amerikalı belinə leykoplastırla sarıdığı iki kilo həşişlə aeroportda tutulur. Adama 4 il həbs cəzası verirlər. Bununla Türkiyə hökuməti ABŞ-a gözdağı vermək istəyir ki, baxın, narkotiki sizin öz vətəndaşınız daşıyırmış. 
Ən pisi o olur ki, ABŞ-la Türkiyənin tez-tez dəyişən mülki hökumətləri arasında münasibətlər gərginləşir, Heysin cəzasının bitməsinə 53 gün qalmış, adamı Ankaradan gələn göstərişə əsasən yenidən mühakimə edir və bu dəfə 30 il iş kəsirlər. Üstəlik, onu cəzasını çəkmək üçün İmralı adasına göndərirlər (hazırda PKK cəlladı Abdulla Öcalan o adada cəza çəkir).

Image result for imralı adası

                                                              İmralı adası 

ABŞ bu hərəkətdən olduqca bərk qeyzlənir, hər cür təzyiqə əl atır. Həmin ərəfədə Türkiyə Şimali Kiprə qoşun çıxardığından və üzvü olduğu NATO-nun özündə belə təzyiqlərə məruz qaldığından ölkə siyasiləri bir narkotaciri həbsdə saxlamağın əbəs olduğunu düşünürlər və məsələni gizli şəkildə həll etmək istəyirlər. Bir gün məlum olur ki, Uilyam Heys quşun quşluğuyla üstündən uça bilmədiyi adadan qaçıb. Hay-küt qopur, qəzetlər bu hadisəni xroniki şəkildə manşet xəbəri edir. Amma çox az adam bilir ki, bu qaçışı ABŞ və Türkiyə gizli xəfiyyə orqanları birlikdə təşkil ediblər. Yoxsa İmralıdan qaçış nə o vaxt mümkün idi, nə də indi mümkündür.

Image result for bill heys Türkiyə

                                                 Türkiyə mediası belə başlıqlar vermişdi...

Ancaq “məhkum vətəndaş” həngaməsi bununla bitmir. Ölkəsinə narkotik maddə gətirib satmaq istəyən uğursuz narkodiler ABŞ-da qəhrəman kimi qarşılanır, medianın, kinematoqrafların diqqət mərkəzinə düşür. Türkiyəyə qarşı olan qüvvələr bu hadisədən müttəfiq dövlətin qaralanması üçün yaxşıca yararlanırlar.

Rejissor-ssenarist Oliver Stoun Heysin başına gələnlərə dair ssenari yazır, məşhur rejissor Alan Parker bu ssenari əsasında “Gecəyarısı ekspressi” adlı film çəkir və bu film ABŞ-da və dünyada böyük populyarlıq qazanır, hətta iki nominasiyada “Oskar” mükafatı alır.

Təbii ki, həmin filmdə Türkiyənin qaralanması rəsmi Ankaranın hiddətinə səbəb olur, etiraz bildirilir, amma rəsmi Vaşinqton “azad ölkənin azad kinematoqrafçıları”nın işinə qarışmır.

40 il əvvəl çəkilmiş həmin filmə bu günkü prizmadan baxdıqda, bəlkə də daha dözümlü yanaşmaq mümkündür. Çünki o dövrdə (elə indi də) dünyanın heç bir ölkəsində türməyə düşənlərin başını sığallamırdılar. ABŞ-ın özündən bəhs edən filmlərdə belə türmə həyatının qanunsuzluqları, eybəcərlikləri, zorakılıqları bariz şəkildə əks olunur və heç kəs bunu ABŞ-ın qaralanması hesab etmir.

                                  Filmdə Heys Türkiyə xalqını təhqir edərkən...

Ancaq “Gecəyarısı ekspressi”ndə elə epizodlar var ki, o mövqedə olmaq 40 il əvvəl də irqçilik və faşizm idi, bu gün də elədir, 100 il sonra da elə olacaq. Təsəvvür edin ki, Heys təkrarən mühakimə olunarkən və 30 illik cəza alarkən üzünü hakimə tutaraq deyir: “Siz donuz millətisiniz. Sizə nifrət edirəm, bütün xalqınıza, millətinizə nifrət edirəm. Sizin gənc oğul və qızlarnız çirki donuzlardır. Siz hamınız donuzsunuz”.

Xalqın, millətin, gənclərin nə günahı var axı? Bir sifariş alan hakimə görə bütün milləti pisləmək, təhqir etmək, əlbəttə, şovinizmdir.

Image result for bill heys Türkiyə

                                            Bill Heys yenidən Türkiyədə

Təsadüfi deyil ki, günü bu gün də ermənilər həmin filmin məhz həmin fraqmentini kəsib internet resurslarında yayır, bununla Türkiyəyə nifrət aşılamağa çalışırlar.

Dünya ölkələrinin həbsxanalar tarixində isə milyonlarla daha dəhşətli işgəncələr, zülmlər, ədalətsizliklər baş verib. Onların yanında Heysin başına gələnlər sıradan bir türmə həyatıdır. Bunu o özü də təsdiq edib, filmə baxdıqdan sonra deyib ki, əslində başına gələnlər çox təhrif edilib və şişirdilib. O, heç vaxt türmə nəzarətçiləri tərəfində işgəncə gördüyündən, onların onu zorlamaq istəmələrindən bəhs etməyib.

Image result for bill heys Türkiyə

                           Billi Heys CNN-Türkiyədə çıxış edərkən

Bəs bu olayı təhrif edən və şişirdənlər kimlərdir? Bütün bunları ssenarist Oliver Stoun və Alan Parker ediblər… Ancaq hiss olunur ki, onlar sifariş əsasında işləyiblər. Əsas məqsəd Türkiyənin qaralanması olub, onu ABŞ-a qarşı dikbaşlıq etdiyinə görə cəzalandırmaq istəyiblər. Yoxsa bu süjetin qayəsini mərhəmət duyğusunun önəmi, xalqlar dostluğunun bəşəri dəyər olması üzərində də fokuslaşdırmaq olardı. Başqa filmlərində Alan Parker məhz bu istiqamətdə çalışıb. Elə Oliver Stoun da.

                          

                                  Oliver Stoun                                   Alan Parker

Maraqlıdır ki, Stounun oğlu Şon sonradan İranda olarkən islam dinini qəbul edib, hazırda onun adı Şon Əli Stoundur, 33 yaşı var, rejissordur.

Image result for branson keşiş

                                                     Branson məhkəməyə aparılarkən

İndi gözlənilir ki, Hollivud keşiş Bransonun həyat hekayətini də boş buraxmayacaq və Türkiyəyə qarşı daha bir “Oskar”lıq film ərsəyə gətirəcək./musavat.com/