"Bərabər şərait – başqa heç nə lazım deyil" - Lukaşenko

Baxış sayı:
511

«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, Belarus prezidenti Aleksandr Lukaşenko İttifaq dövlətinin yaradılması barədə bağlanmış müqavilənin 20 illiyi ərəfəsində Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşüb.

Görüş zamanı Lukaşenko qeyd edib ki, Belarusun gələcək inteqrasiyası preferensiyalar yox, bərabər şərait, o cümlədən, neft və qaz satışı zamanı bərabərlik tələb edəcək.

"Biz, yalnız ona görə gəlmişik ki, müqavilənin gedişini analiz edək və biz, heç nə xahiş etmirik, heç nədə israr etmirik, biz çoxdan razılaşmışıq… İnsanlar və təsərrüfat subyektləri işləmək və yaşamaq üçün bərabər şəraitə malik olmalıdırlar, vəssalam. Bərabər şərait – başqa heç nə lazım deyil" - deyə, Belarus prezidenti bəyan edib.

Lukaşenkonun sözlərinə görə, Minsk yanacağı aşağı qiymətlərlə satmağı xahiş etmir, amma gözləyir ki, rəqabət aparan müəssisələr də onları bərabər şərtlərlə alacaq.

"Əgər bizim müəssisələr 200 dollara alırsa, rəqib müəssisələr də həmin qiymətə almalıdırlar" - Lukaşenko əlavə edib. O, qeyd edib ki, 20 il ərzində Rusiya ilə inteqrasiya istiqamətində böyük işlər görülüb, bir çox işlər isə hələ görülməlidir.

Putin də öz növbəsində, bildirib ki, tərəflər müqavilə çərçivəsində çox şeyə nail olublar. Bununla bərabər, o, ümid etdiyini bildirib ki, Rusiya Federasiyası və Belarus işləməkdə davam edəcəklər ki, iki ölkənin xalqı həm də iqtisadi və sosial sferalarda yaxınlıq hiss etsinlər.