​Böyükşor gölünün taleyi bəlli oldu: Bu ilin II yarısında...

Baxış sayı:
8131

Prezident İlham Əliyevin Böyükşor gölünün təmizlənməsi barədə tapşırığına uyğun olaraq, hazırda Fransanın “Suez” şirkəti "Böyükşor gölünün bərpası" layihəsinin 2-ci mərhələsi üzrə layihələndirmə işlərini həyata keçirir. 2018-ci ilin ikinci yarısında bu işlər yekunlaşacaq və bundan sonra gölün sağlamlaşdırılması və tarixi məcraya qaytarılması istiqamətində növbəti addımlar müəyyənləşdiriləcək. Eyni zamanda, hazırda Böyükşor gölünün ərazisindən keçməklə Ziya Bünyadov prospekti (Dərnəgül şossesi) ilə Balaxanı-Binəqədi yaşayış məntəqələrinə gedən yolu birləşdirən A kateqoriyalı yolun tikintisi davam edir.
Muxalifet.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin geniş kollegiya iclasında bildirilib.