​Böyük yoxlama: Çinin daha bir GENERALI İNTİHAR ETDİ

Çin Mərkəzi Hərbi Şurasının üzvü general-polkovnik Çjan Yan intihar edib.
Muxalifət.az 
xəbər verir ki, bu barədə informasiyanı Çin mətbuatı yayıb. İntihar edən generalın avqust ayında korrupsiya fəaliyyətlərinə yol verməsi ilə bağlı yoxlamalara cəlb olunduğu bildirilir. İstintaq onun Mərkəzi Hərbi Şura sədrinin korrupsiyada ittiham olunan iki keçmiş müavini Qo Bosyun və Syu Tsayxou ilə sıx əlaqəsinin olduğunu müəyyən edib. Bundan sonra general 23 noyabrda intihar edib.
Qeyd edək ki, Çjan Yan bundan öncə Çin ordusunda Baş Siyasi İdarənin rəhbəri olub. Onun sıx əlaqədə olmaqda ittiham edildiyi Qo Bosyun artıq ömürlük həbs cəzasına məhkum edilib, Syu Tsayxou isə istintaq zamanı intihar edib.
Çində korrupsiya əleyhinə geniş mübarizə kampaniyası Si Szinpin tərəfindən 2012-ci ildə başladılıb.
Çin Mərkəzi Hərbi Şurası ölkənin Silahlı Qüvvələrinə nəzarət edən ali dövlət orqanıdır.