Böyük təhlükə: Silahlanırlar

Baxış sayı:
4648

 Belçika Kəşfiyyat Xidmətinin (VSSE) dövlətə verdiyi kəşfiyyat məlumatları Avropa miqyasında İslama düşmən olan təşkilatların silahlandığını göstərir. Bəzi qruplar üzvlərindən qanuni və ya qanunsuz olaraq silah almalarını və atış təlimi almasını istəyir. Əsas olaraq da "Avropada İslam ilə Xristianlıq arasında sosial münaqişənin qaçılmaz olması və buna hazırlıq" göstərilir. İrqçi təşkilatlar formaca da dəyişir. Təhsilli və yüksək gəlirli şəxslər də təşkilatlara qoşulur.
 
 Xüsusən təhsilli gənclər arasında rəğbət görən "ağ yaxalı ifrat sağ" hərəkatının Almaniya, Fransa və Belçika kimi Avropanın aparıcı ölkələrində möhkəmlənməsi diqqət çəkir. Misal olaraq Fransadakı "Kimlikçi Nəsil (Generation Identitaire)" və Almaniyadakı "Alman Kimlikçi Hərəkatı (Identitare Bewegung Deutschland)" kimi qruplar sadalanıb. Kəşfiyyat məlumatlarında, Belçikada təşkilatlanan ifrat sağçı "Qalxan və Dostlar (Schild ən Vrienden)" qrupunun kəşfiyyatın radarına düşdüyü bildirilərək sözügedən qrupun çox fərqli təbəqələrə xitab etdiyi ifadə edilib. Bunlar arasında sağ-mühafizəkar, demokratik və zorakılığı dəstəkləməyən, irqçi və faşist fikirləri dəstəkləyən təbəqələr olduğu qeyd edilib.
 
Sosial media üzərindən təşkilatlanır
 
VSSE sosial media və internetin sözügedən ifrat sağçı fikirlərin genişlənməsinə təkan verdiyi, təbliğat və tərəfdar qazanmaq üçün mühüm vasitələr halına gəldiyi analizini edərək “İfrat sağçı bir qrupun facebook-dakı bəzi mesajlarının çox sayda rəğbət aldığını" qeyd edib.
 
KLASSİK İRQÇİLİK DAHA TƏHLÜKƏLİ
 
 Belçikada Brüssel Bölgə Parlamentinin müstəqil deputatı Mahinur Özdəmir, "Ağ yaxalı ifrat sağ dediyimiz universitet məzunu maskarad kostyumunda faşizm tərəfdarlarına oxşamayan gənclərdən ibarətdir. Daha çox kimlikçi ritorikanı qabardırlar. Klassik irqçilik çox fərqli bir ölçüyə gəldi və irqçilik təəssüf ki, hələ rəğbət qazanır. Xristian ritorikası və doğma Flamancılık kimi ritorikaları ön plana çıxarırlar. Belçikada sözügedən yeni ifrat sağçı qrupların siyasi partiyalar içindən deyil, xalqın içindən danışdığını bildirərək "Bu şəxslərin orta yaş həddi 22-dir. Universitetlərdə təşkilatlanırlar. Bu da təhlükənin miqyasını artırır" deyib. Kəşfiyyat hesabatının dövlətə açıq olmasını yüksək qiymətləndirdiyini qeyd edən Özdəmir, ancaq hökumətin heç bir tədbir görmədiyini də deyib.
Müxalifət.az