Böyük soyğun: Milyardlarla dollarlıq qızılı gizlicə qaçırdılar

Baxış sayı:
8599

 Birləşmiş Ərəb Əmirliklərinin hər il Afrikadan milyardlarla dollarlıq qızılı gizli olaraq Dubaya daşıdığı ortaya çıxıb.
 
Afrika qitəsindən hər il milyardlarla dollar dəyərində qızılın qeyri-qanuni yollarla Birləşmiş Ərəb Əmirliklərinə aparıldığı ortaya çıxıb.
“Reuters”-in hazırladığı araşdırma nəticəsində əldə edilən məlumatlara görə, BƏƏ 2016-ci ildə Afrikadan 15.1 milyard dollarlıq qızıl idxal edib. Bu rəqəm 2006-ci ildə 1.3 milyard səviyyəsində olub.
 
Qızılların qeydiyyatı olmur
 
 Ancaq 2016-ci ildə 446 ton qızıl idxal edən BƏƏ, 2006-ci ildə yalnız 67 ton idxal etmişdi. Afrika dövlətlərinin ixrac qeydlərində bu qızılların böyük bir qisminin qeydiyyatının olmadığını bildirən “Reuters”, mövzu ilə bağlı fikirlərini öyrəndiyi beş fərqli ticarətçi və iqtisadçının, "Afrikadan ayrılan böyük miqdarlarda qızıl onları onları istehsal edən dövlətlərə vergi ödənmədən qitəni tərk edir" dediyini bildirib.
 
İlk sırada Çin varkən, birdən BƏƏ çıxdı
 
 Afrika qitəsindən çıxan qızıl rəqəmləri ilə BƏƏ-yə girən qızıl göstəricilərini müqayisə edən “Reuters”, 2015-ci ildə dünyanın ən böyük qızıl idxalçısı mövqeyində Çinin olmasına baxmayaraq 2016-ci ildə BƏƏ-nin Çindən iki qat daha çox qızıl idxal etdiyini öyrənib.
 
25 ölkə məlumat vermədi
 
 BƏƏ-nin 2016-ci ildə 46 Afrika ölkəsindən qızıl idxal etdiyinə baxmayaraq 25 ölkə BMT məlumat bazasına ixrac edildiyinə dair bir məlumat göndərməyib.
 
Rəqəmlər üst-üstə düşmür
 
 Buna qarşılıq BƏƏ sözügedən 25 ölkədən 7.4 milyard dollarlıq qızıl idxal etdiyini açıqlayıb. Qalan 21 ölkənin BƏƏ-yə göndərdiklərini açıqladığı qızıl rəqəmləri də BƏƏ-nin idxal etdiyini açıqladığı rəqəmlərlə üst-üstə düşmür.
Müxalifət.az