​BÖYÜK SAVAŞIN QALİBİ TÜRKİYƏ OLACAQ

Baxış sayı:
1555

ABŞ-la Çin arasındakı ticarət müharibələri Türkiyənin Pekinə ixrac potensialını gücləndirmək üçün fürsət ola bilər. Muxalifət.az xəbər verir ki, bu sözləri Türk-Çin Biznesin İnkişafı və Dostluq Assosiasiyasının prezidenti Adnan Akfırat deyib. “Türkiyənin qarşısında belə bir imkan yaranır: Çin ABŞ-ın bu qadağasına digər ölkələrdən daha çox idxal edərək cavab verir. Çin dünyanın ən böyük bazarıdır. Oradakı təxminən 400 milyon nəfər Avropa Birliyindəki rifah səviyyəsində yaşayır. Türkiyə istehlak məhsulları sahəsində çox ciddi bir potensiala sahibdir. Keyfiyyəti yaxşıdır, təbii sərvətlərlə zəngindir, eyni zamanda da istehsalı Avropa və ABŞ-dakı məhsullardan daha ucuzdur. ABŞ ilə müqayisə edilə biləcək məhsullar istehsal edən ən vacib ölkə Türkiyədir. Buna görə də Türkiyənin bu üstünlüyündən istifadə edərk Çin bazarına bütün gücü ilə girməsi lazımdır. Bu savaş Çinlə ABŞ arasında olsa da, qazanan biz də ola bilərik”, - Akfırat deyib.