Böyük qalmaqal: Netanyahu işğal etdi, Tramp təşəkkür!

Baxış sayı:
5524

İsrailin baş naziri Binyamin Netanyahu işğal altındakı Golan Təpələrində ABŞ prezidenti Donald Trmpın adını daşıyacaq yeni Yəhudi məskunlaşma şəhərciyinin təməlini atıb.
 
“Yedioth Ahronoth” qəzetinin xəbərində, Netanyahunun ABŞ prezidentinin Golan Təpələrindəki İsrail suverenliyini tanıma qərarına təşəkkür mahiyyətində olan "Ramat Trump" adındakı yeni məskunlaşma şəhərciyinin təməlini atdığı ifadə edilib.
Netanyahu təməl atma mərasimində etdiyi çıxışında, "Son 10 ildə biz burada, sərhəddə (Suriya sərhədi) olmasaydıq, nələr olardı, hamımız bilirik. İran ilə onun qolu olan Hizbullahın sərhədə və bütövlükdə Suriyaya hakim olma cəhdlərinə qarşı fəaliyyətə davam edəcəyik" deyə bildirib.
 
Tramp işğala təşəkkür etdi
 
ABŞ prezidenti Donald Tramp isə sosial media hesabı Twitter-dən etdiyi açıqlamada, Netanyahuya təşəkkür edib.
Qeyd edək ki, İsrail hökuməti Trampın Golan Təpələrindəki İsrail suverenliyini tanımasından dərhal sonra yeni məskunlaşma şəhərciyini inşa etmək qərarı vermişdi.
Tramp 25 martda Ağ Evdə İsrailin baş naziri Binyamin Netanyahu ilə keçirdiyi görüşdə, "Golan Təpələri üzərində İsrailin suverenliyini ABŞ-ın rəsmi olaraq tanıdığını" elan edən prezident fərmanını imzalamışdı.
Müxalifət.az