Böyük Müharibə yaxınlaşır! KƏŞFİYYATDAN XƏBƏRDARLIQ

Baxış sayı:
4261

ABŞ kəşfiyyatına yaxınlığı ilə tanınan “Rand Corporation”, təqdim etdiyi son hesabatında, İsrail və İran qüvvələri arasında qarşıdurmaların yeni bir isti müharibə riskini artırdığını yazıb. “Rand”, ABŞ rəhbərliyinə İran-İsrail qarşıdurmasının qarşısını almaq bəhanəsi ilə Suriyada qalması məsləhətini də verib.
 
Suriyadakı İran hədəflərinə qarşı hücumlarını artıran İsraildən yeni təhdidlər gələrkən, ABŞ kəşfiyyatına yaxınlığı ilə tanınan “Rand Corporation” müharibə xəbərdarlığı edib.
İsrailin müdafiə naziri Aviqdor Liberman, ölkəsinin İranın Suriya xaricində hədəflərinə hücum etməyə hazırlaşdığını bildirib. İsrail dövlət televiziyasına görə, Qüdsdə keçirilən bir konfransda çıxış edən müdafiə naziri Liberman, "Biz özümüzü yalnız Suriya torpaqları ilə məhdudlaşdırmırıq. Bu açıq-aşkar bilinməlidir" deyib. İranın Suriya xaricində hədəflərini vuracaqlarını deyən Liberman, "Biz qaynağı hara olursa olsun, İranın bütün təhdidləri ilə mübarizə edəcəyik" deyə, bildirib.
 
MÜHARİBƏ İŞARƏLƏRİ
 
 “Rand Corporation” son hesabatında, İsrail və İran qüvvələri arasında qarşıdurmaların yeni bir isti müharibə riskini artırdığını yazıb. İsrailin son aylarda İran və Hizbullah hədəflərinə qarşı keçirdiyi intensiv hücumların, "müharibəyə gedən yoldakı işarələr" olduğu bildirilən hesabatda, Tehranı təhrikçilik və İsrailin qırmızı cizgilərini pozmaqda günahlandırıb. Hesabat, İsrailin təhdid hissinin büyüğüdünü iddia edərək gərginliyin sürətlə nəzarətdən çıxa biləcəyi xəbərdarlığını edib.
 
“RAND” HİYLƏGƏRLİYİ
 
İsrail və İran arasında gərginliyi bəhanə göstərərək ABŞ əsgərlərinin Suriyadan çəkilməsinə etiraz edilən hesabatda bu ifadələrə yer verilib: "ABŞ Suriyadakı hərbi varlığını mühafizə edərək yeni bir regional münaqişənin qarşısını ala bilər. Belə ki, ABŞ, İranın Ağdənizdəki nüfuzunu püskürmə və İŞİD-ın yenidən ortaya çıxışını əngəlləmək məqsədi güdür. Əks təqdirdə, ABŞ bölgədən çəkilmə təşəbbüsü etdiyi bu əsnada Yaxın Şərq yeni bir savaşa sürüklənmə riski altındadır".
Müxalifət.az