​BÖYÜK LAYİHƏ TƏKLİFİ! - ORTA ASİYADAN TÜRKİYƏYƏ QƏDƏR UZANACAQ!

Baxış sayı:
4396

Muxalifət.az xəbər verir ki, Türkmənistan Orta Asiyadan Türkiyə ilə əlaqəsi olacaq quru yolu çəkməyi planlaşdırır. Bu təkilifi Türkmənistan prezidenti Qurbanqulu Berdimuhamedov irəli sürüb.
Berdimuhamedov dünən Türkmənbaşı Avaza Konqres Mərkəzində keçirilən “Yeni inkişaf yolunda beynəlxalq böyük İpək Yolu forumu”ndakı çıxışında beynəlxalq kommunikasiyanın təməlinin inkişaf etdirilməsinin lazım olduğunu bildirib.
Beynəlxalq Quru Nəqliyyatı İttifaqı, BMT-nin Avropa İqtisdi Komissiyası (UNECE) və BMT-nin Asiya və Sakit okean İqtisadi və Sosial Komissiyasının (ESCAP) təcrücələrindən faydalanmağın əhəmiyyətini vurğulayan Berdimuhamedov deyib: “Türkmənistan olaraq, Orta Asyadan Türkiyəyə qədər uzanan quru yolunu yaratmaq niyyətindəyik. Belə bir layihənin hazırlanması və reallaşdırılması üçün tam dəstək verməyə hazırıq. UNECE və ESCAP üzvü olan bütün ölkələri bu məsələ ilə bağlı müzakirələrdə iştirak eləməyə dəvət edirəm”./Hurriyyet.org