BÖYÜK FƏLAKƏT! - YÜZDƏN ARTIQ İNSAN HƏLAK OLDU...

Baxış sayı:
5221

Ölənlərin sayı artmaqdadır

Muxalifət.az Hurriyyet.org-a istinadən xəbər verir ki, Hindistanda baş verən qum fırtınasında ən azı 125 nəfər həlak olub.
BBC kanalının məlumatına görə, Hindistanın Racastan, Uttar Pradeş və Uttarakhand əyalətlərində güclü olan qum fırtınasında ən azı 125 nəfər həlak olub, yüzlərlə insan yaralanıb.
Pencap, Haryana və ölkənin Madhya Pradeş əyalətlərində də təsiri olan fırtınada bəzi evlərin yıxıldığı, ağaclarla elektrik dirəklərinin devrildiyi və bəzi ferma heyvanlarının tələf olduğu bildirilib.
Xəbərdə həlak olanların əksəriyyətinin ölüm səbəbinin şiddətli fırtına və ildırım düşməsi nəticəsində yıxılan evlərin altında qalması olduğu deyilir.
Hindistan ın baş naziri Narendra Modi, sosyal şəbəkədəki paylaşmasında baş verənlərə görə dərindən kədərləndiyini bildirib, yaslı ailələrə başsağlığı verib, yaralılara şəfa arzulayıb, əlaqədar idarə və təşkilatlara zərərçəkənlərə yardım edilməsini tapşırdığını bildirib.
Havanın daha da pisləşəcəyi gözlənilir. Paytaxt Yeni Dehli şəhəri də şiddətli yağışlara və qum fırtınasına məruz qalıb.