​ "Böyük Ermənistan xəyalı alt-üst olacaq" - TÜRK GENERAL

Müstəqil Kürdüstan Ermənistana sərf etmir.

Muxalifet.az xəbər verir ki, bunu “Yeni Çağ” qəzetinə açıqlamasında Türkiyənin ehtiyatda olan general-leytenantı Ərdoğan Qaraquş söyləyib. Onun sözlərinə görə, xristian dünyası hələ də “Böyük Ermənistan” xəyalından əl çəkməyib:
“Rusiya Ermənistanı ABŞ-a vermək istəmir. Kürdüstan yaradılsa, ən böyük ziyan həm Rusiyaya, həm də Ermənistana dəyəcək. Ermənilərə görə, “Böyük Ermənistan” Türkiyənin şərqini əhatə edir”.