"Böyük Ermənistan" uydurmasını ABŞ prezidenti işə saldı - Ermənilər nəyin pusqusundadır? / TƏHLİL

Baxış sayı:
4138

Bir çoxlarının "3-cü Dünya Müharibəsinin başlanğıcı" adlandırdığı, ABŞ - İran arasındakı Böyük Müharibə ərəfəsində dünya dondu. Hələ ki, müharibədən qaçmaq şansı olsa da, mövcud geosiyasi vəziyyətin Birinci Dünya müharibəsindən öncəki situasuya ilə heyrətamiz bənzərlikləri var.
O zaman 1914-cü ildə olduğu kimi, indi də hər şey "üzü yuxarı" gedir. Sarayevodakı bədnam güllədən sonra az adam düşünərdi ki, “bu güllə dünya qırğını üçün atılan güllədir”, eləcə də ABŞ-ın Bağdaddakı səfirliyinin "Yeni il" hücumunun bu qədər ciddi olacağını heç kim düşünmürdü.
Lakin “səfirliyin basılması» (xüsusi təxribat kimi təşkil edilə bilər), ABŞ tərəfindən Bağdadda iranlı general Süleymaninin öldürülməsiylə bitən əməliyyat üçün istifadə edildi. İran öz növbəsində ABŞ-dan qisas alacağını vəd etdi.
ABŞ Prezidenti Donald Tramp, İran ərazisindəki 52 hədəfi nəzarətə aldığını söylədi.
Aydındır ki, ümumilikdə Qafqaz üçün və xüsusən Gürcüstan üçün “böyük müharibə”, ABŞ və İran üçün yaxşı nəticə vəd etmir. Gürcüstan iqtisadiyyatına mütləq ziyan dəyəcək. Qonşuların (Ermənistan və Rusiya Federasiyası) davranışı gözlənilməzdir. Axı, Rusiya indi Gümrüdəki bazasının təchizatını İran üzərindən aparır və müharibənin başlaması ilə Rusiya (Rusiyadakı erməni lobbisinin təşəbbüsü ilə) Gürcüstan ərazisindən "dəhlizdən açmağa" gedə bilər. Gürcüstanın parçalanması, işğal olunmuş ərazilərin həcminin artırılması və yeni separatizm mərkəzlərinin yaranması riskləri ağırlaşır.

"Böyük müharibə" halında qaçılmaz qaçqın axını Gürcüstanda daxili vəziyyətin pozulmasına əlavə bir amil ola bilər. Buna görə də dəqiq deyə bilərik - Gürcüstana müharibə lazım deyil. Ölkəsini bu müharibəyə sürükləmək istəyən hər kəs (və tərəflərdən birinə gürcü aerodromu təmin etmək üçün çağırışlar edilir) açıq şəkildə xain və xalqının düşmənidir. Çünki avtomatik olaraq Gürcüstanı digər tərəf üçün “hədəf” halına gətirir.
Lakin, ABŞ-İran qarşıdurmasının gözləndiyi zaman, nədənsə heç kim ABŞ-ın İran sərhəddindəki "son qənimətinin” davranışına diqqət etmir. Bəli, məhz Ermənistanda 2018-ci ildə açıq-aydın Amerikapərəst "Maydan" baş tutdu və Amerikalı Sorosun xeyir-dua verib, xaç suyu ilə məsh etdiyi- “Amerikaçı” Paşinyan hakimiyyətə gətirildi.
Bu vaxt Birinci Dünya Müharibəsi ilə tarixi oxşarlıqları üzləşdirmək üçün erməni liderlərinin davranışı çox maraqlıdır.
Xatırladaq ki, Birinci Dünya Müharibəsi ərəfəsində erməni millətçiləri də çox “haqq-hesab” apardılar və müharibə hansı şərtlərlə bitsə də,onların uduşlu çıxmaq üçün variantlar tərtib etdiyi məlum oldu.
Rusiya və Antanta qalib gəlsə, daşnaklar türk torpaqlarında bir erməni dövləti yaradacaqdılar. Türkiyə və Almaniya qalib gəlsə, ermənilər də “öz istədiklərini» alırlar. Rusiya parçalansa, Rusiya imperiyasının Qafqaz torpaqları ərazisində özlərinə dövlət yaradırlar. Hansı ki, bu, daha sonra baş verdi.
Rusiyanın Almaniya, Türkiyə ilə bağladığı və 1918-ci ildə Rusiyanın süqutu ilə başlayan “təslimçi Brest sülh”ündən sonra erməni millətçiləri istədikləri ölçüdə olmasa da, tarixi Azərbaycan torpaqlarının bir hissəsində Birinci Ermənistan respublikasını əldə etdilər.

Məğlub olacağı təqdirdə Türkiyənin bölünməsi ermənilərə böyük ərazilər verəcəkdi. Buna görə daşnaklar Birinci Dünya Müharibəsi ərəfəsində Antantanın tərəfini tutdular.
Ermənilərdən (daha doğrusu daşnaklardan) tələb olunan tək şey sadəcə "vaxtından əvvəl tələblərini dilə gətirməmək, səsini çıxarmamaq" idi. Hərbi vəziyyətdən istifadə edərək, azərbaycanlıların soyqırımına başlamayın. Hər şeyin həll olunub bitməsini gözləyin və hər şeyi «boşqabda hazır" alın. Üstəlik, bu vəziyyətdə hətta müsəlman-azərbaycanlı əhali də öz torpaqlarında erməni dövlətçiliyinə qarşı etiraz etməzdilər - axı, hələ daşnaklardan nə gözləyəcəyini bilmirdilər.
Vəziyyətin maraqlı gedişi ilə ABŞ və İran arasındakı münasibətlərin hazırki gərginləşməsi, şiddətli şaxta səbəbiylə Türk ordusunun ağır itki verdiyi Sarıqamış Döyüşünün 105-ci ildönümünə təsadüf etdi.
Sarıqamışdan sonra erməni millətçiləri qərar verdilər ki, "artıq vaxtdır" və Türkiyə ordusunun artıq yararsız olduğunu düşündülər. Türk ordusunun arxasında iğtişaşlar, dinc türk, kürd və Laz kəndlərinə hücum, müsəlman əhalinin kütləvi qırğına başladılar.
Amma daşnakların hesabı tam tutmadı. Türk ordusunun cəbhəsi parçalanmadı. Rus ordusunun hücumu dayandırıldı və Türkiyə hökuməti təkcə daşnak üsyanlarını qətiyyətlə yatırmaqla yanaşı, üsyançıları "öz" etnik tərkibinə dəstək verməkdən məhrum etmək üçün (əksər hallarda öz ermənilərinə qarşı terror istədikləri üçün) erməni əhalisinin bir hissəsini cəbhə bölgəsindən Suriyaya köçürmək məcburiyyətində qaldı.
Daşnakların məkrli və xəyanətkar olmasına baxmayaraq, Türkiyə 1918-ci ildə Cənubi Qafqazda bir erməni dövləti yaratmağa razılıq verdi, lakin başa düşüləndir ki, onun ərazisi erməni millətçilərinin iddia etdiyindən az idi (həm Tiflis, həm də bütün Borçalı rayonunu özləri üçün tələb edirdilər!).
Türkiyə daşnaklara böyük ərazilərinin verilməsinin Qafqazın müsəlman əhalisi üçün təhlükə olduğunu düşünmüşdü.

Lakin sonda Türkiyə və Almaniya Birinci Dünya Müharibəsini uduzdu. Qərb dövlətləri, ilk növbədə ABŞ və onun prezidenti Woodrow Wilson, 1920-ci ildə bədnam Sevr müqaviləsində Türkiyə hesabına Ermənistan ərazilərini "səxavətlə ölçdülər".
Yenə də Ermənistan, yəqin ki, gözləsəydi, hər şeyi alacaqdı. Lakin erməni millətçiləri "gözləyə bilmədi ". Türk torpaqlarını ələ keçirməyə və dinc türk əhalisini məhv etməyə tələsdilər. Türk ordusu onları elə geri oturtdu ​​ki, onları tam darmadağın olmaqdan bolşevik Rusiyası xilas etdi.
Görünür ki, səlləflərinin səhv gedişlərindən, Qərbi Erməni Diasporunun rəhbərləri və onların erməni baş nazir postundakı nümayəndəsi Nikol Paşinyan dərs çıxarmağı qərara alıblar. Hər halda, Paşinyanın davranışı bir şeyin işarəsidir -  o gözləyir. Çox güman ki, erməni lobbisinin hadisələrin hər hansı istiqamətə gedəcəyinə dair planları var.
Üstəlik, erməni millətçilərinin özlərini “sülhpərəst” göstərmələrinə baxmayaraq, dünya erməni lobbisi, dünya müharibəsinə çevrilən və mümkün qədər çox bölgənin dövlətlərini çəkən, lakin ermənilərin əsas ağaları olan “ABŞ”ın həlledici qalibiyyəti ilə sonuclanacaq bu “böyük müharibə ”ni gözləyirlər. Ona görə gözləyirlər ki, sonra başqa ölkələrin "xarabalıqlarında" özləri üçün "böyük Ermənistan"ı tamamlasınlar.
Əvvəla, erməni millətçiləri Gürcüstanın xarabalıqlarından “istifadə etməyin” əleyhinə deyillər. Erməni “strateqləri” nin hesablamalarına görə, Gürcüstan qlobal qarşıdurmanın mənfi təsirlərinə dözə bilməyəcək və onun ərazisində yeni separatçı üsyan ocaqları, ilk növbədə yenidən “Cavaxk”ın fitilini alışdırmaq olar.

Ancaq indiyə qədər Paşinyan rejimi “səbrlə, diqqətlə gözləyir”. Və o, “planların həqiqi detallarından xəbərdar olmayan” ermənilərin vaxtından əvvəl “odun qırmağa” başlamasına və bu planları pozmasına imkan verməmək üçün diqqətlə pusqudadır.
Ermənistanın baş naziri Nikol Paşinyan onu hakimiyyətə gətirən "inqilab" dövründə "söz azadlığı üzrə böyük çempion" idi. Lakin iranlı general Qasım Süleymaninin öldürülməsindən sonra özünün Facebook səhifəsində geosiyasi vəziyyətlə bağlı açıqlamalar üçün ölkədə senzura tətbiq olunduğunu elan etdi.
"Ermənistan Respublikası, onun vətəndaşları və ölkəmizdə olan çoxsaylı turistlər adi qaydada yaşayırlar. Çaxnaşma yaratmaq istəyən yerli geosiyasətçilərə bir məsləhət verəcəyəm, sakit oturun" Paşinyan dedi.
Yəni, "Demokrat" Paşinyan vətəndaşlara "oturmağı" tövsiyyə edir. Hakimiyyətə gələndə, onun hərəkatı "yerində oturmağı" istisna edən "Mənim addımım" adlanırdı. Yəni yalnız Paşinyandan ötrü "gəzmək" olar.
Daha da çox. Erməni mediyası Paşinyanın Trampı general Süleymaninin məhv edilməsi münasibətilə təbrik etdiyini yazıb. 4 yanvar 2020-ci ildə Nikol Paşinyan Facebook səhifəsində buna da reaksiya verərək dedi: "Saxta erməni səhifəsi ABŞ prezidenti Donald Trampı İran əleyhinə" uğurlu "əməliyyat keçirməsi münasibətilə təbrik etdiyim barədə yalan xəbər yaydı ".
Yalnız yanvarın 5-də bir dəqiqə gözlədikdən sonra Paşinyan “sülhməramlı” rolunu oynamağa başladı. Artaniş dağının zirvəsinə qalxan Nikol Paşinyan "İranı və ABŞ-ı Yaxın Şərqdəki vəziyyəti pisləşdirə biləcək addımlardan çəkinməyə çağırdı ".

“Bu yaxınlarda Ermənistan və İranın xarici işlər nazirləri arasında telefon danışığı oldu, onlar bölgədəki vəziyyəti müzakirə etdilər. Xarici İşlər Nazirimiz, insan tələfatına səbəb olan vəziyyətlə əlaqədar İran hökumətinə və xalqına başsağlığı verdi "dedi.
Prinsipcə başsağlığını əvvəl də verə bilərdi. Lakin Paşinyan Amerikalı ağalarını qəzəbləndirməmək üçün gözlədi. Digər tərəfdən, yəqin ki, 1915-ci ildə və 1920-ci ildə erməni millətçiləri üçün "saxta başlanğıc" ı kimin yaratdığını xatırladı. Buna görə də bir daha “əsas ağası ABŞ”ın ünvanına bir kəlimə də pis söz demədən “qarantiyalı oynamaq" və "sülhməramlı" kimi çıxış etmək qərarına gəldi.
Paşinyan həm İran, həm də ABŞ-ın Ermənistan üçün dost ölkələr olduğunu vurğulayıb. “Bu vəziyyətdə təbii ki, nə anti-İran, nə də anti-Amerika aksiyalarında iştirak edə bilmərik. Bizim mesajımız budur ki, İrandakı tərəfdaşlarımız, ABŞ-dakı tərəfdaşlarımız bölgədəki və beynəlxalq münasibətlərdə onsuz da gərgin olan vəziyyəti pisləşdirəcək addımlardan çəkinməlidirlər "dedi.
Ancaq bütün bunlar "xalqa oynanmış sözlərdir". Əslində, pərdə arxasındakı erməni millətçiləri hər iki tərəfdəki "şahinləri" dəstəkləyir (buna görə Trampın anti-İran əməliyyatı ilə bağlı şifahi təbrikləri "sədaqət etirafı"sayıla bilər). İrəvan rejimi bölgəni "partlatmalıdır", ancaq elə partlatmalıdır ki, özünə "zərər verməsin" .
Çətin çox tərəfli oyun aparılır. Şübhə yoxdur ki, bəzi planları erməni elitası “Amerikalı ağalarına” həsr edəcək – nahaq yerə, İrəvanda ən böyük ABŞ səfirliyi saxlamırlar. Ancaq yaxın günlərdə vəziyyət gözlənilməz ola bilər və o zaman başqa dövlətinin 20%-ni işğal edən "sülhsevər" təcavüzkar əsl üzünü göstərə bilər.
"kavkazplus"
Tərcümə etdi: Ülviyyə Şükürova
Muxalifet.az