Böyük Britaniyanın Avropa İttifaqından çıxacağı dəqiq vaxt MƏLUM OLDU

Böyük Britaniya Avropa İttifaqından 2019-cu il mart ayının 29-da London vaxtı ilə saat 23.00-da çıxacaq.
“Reuters” xəbər verir ki, ölkə hökuməti “brexit”in dəqiq vaxtı ilə bağlı qanun layihəsi hazırlayacaq.
Qeyd edək ki, Britaniyanın Avropa İttifaqından çıxmasının tarixi haqqında əvvəllər də məlumat yayılmışdı. Həmin məlumatda Londonun iki ildən sonra “brexit”i reallaşdırmağı planlaşdırdığı bildirilmişdi.
Artıq hökumət məsələ ilə bağlı tarixi dəqiqləşdirib.