Böyük Britaniyada terrorçuları təbliğ edən QALMAQAL GÖRÜNTÜ

Baxış sayı:
1921

Cənubi London bölgəsində yerləşən avtobus dayanacaqlarına YPG terror təşkilatının sıralarında döyüşərkən öldürülən Anna Ki adlı qadın terrorçunun portretləri asılıb.
 
YPG və PKK-ya olan dəstəyi məlum olan Avropa daha bir qalmaqala imza atıb. Cənubi London bölgəsində yerləşən avtobus dayanacaqlarına YPG sıralarında döyüşərkən öldürülən Anna Ki adlı qadın terrorçunun portretləri asılıb.
Plakatda, YPG-li terrorçunun Afrinə getmək və "faşizmə qarşı döyüşməkdən" qürur duyduğunu vurğulayan sözlərinin yer alması diqqət çəkib. "Faşizmə qarşı döyüşən" YPG-li əcnəbi terrorçu qadın “Zeytun Budağı” Hərəkatı çərçivəsində 15 martda Afrində öldürülmüşdü.
Digər bir plakatda yer alan "Bütün bəşəriyyət üçün varvarlığa qarşı mübarizə edirik" və "Afrini müdafiə" cümlələri də İngiltərənin terror təşkilatı YPG xeyrinə apardığı çirkin təbliğatı bir daha nümayiş etdirir.


 
ÖLDÜRÜLƏN 8-ci İNGİLİSDİ
 
İngiltərədə çilingər işləyən Anna Kin (26), keçən il may ayında Suriyaya gedərək terror təşkilatı sıralarına qoşulduğu məlumdur.
Ki, terror təşkilatı sıralarında öldürülən 8-ci İngilis vətəndaşı və ilk qadın İngilis terrorçudur.
 
“YPG TERROR SİYAHISINA SALINSIN" TÖVSİYƏSİ
 
Mərkəzi Londonda yerləşən beyin mərkəzi “Henri Jackson Society”, keçən il avqust ayında "Unudulan Xarici Döyüşçülər: Suriyada PKK" başlıqlı bir məruzə dərc etmişdi.
Hesabatda, PKK ilə PYD/YPG arasındakı münasibətlər ortaya qoyularkən, Suriyada terror təşkilatı cərgəsində döyüşlərə qatılan əcnəbilərlə bağlı məlumat və dəyərləndirmələrə də yer verilmişdi.
Terror təşkilatı cərgələrinə qoşulan 12 ölkədən 60 əcnəbinin profillərinə yer verilən hesabatda, xüsusilə İngiliscə danışılan ölkələrdən gələnlərin 80 faiz təşkil etdiyinə diqqət çəkilmişdi.
Hesabatda, İngilis xüsusi xidmət orqanlarının terror təşkilatına qoşulma prosesinin qarşısını alacaq tədbirlər almağa, iştirakçılarını da yaxından izləməyə və lazımi hallarda haqqında hüquqi icraat aparmağa dəvət edilmişdi. Bundan başqa, terror təşkilatında iştirak edən İngilislərin, NATO müttəfiqi Türkiyə ilə diplomatik böhrana yol aça biləcəyi xəbərdarlığı edilmiş və İngilis orqanlarını terror təşkilati ilə arasına məsafə qoymağa çağırmışdı.
Hesabatda, İngiltərədə 2001-ci ildə terror təşkilatı siyahısına düşən PKK-nın Suriya uzantısı olan YPG-nin də əlavə olunması və beləliklə terror haqda qanununun bu ad altında fəaliyyətlərə də tətbiqi tövsiyə edilmişdi.
Müxalifət.az