Böyük Britaniyada növbədənkənar parlament seçkiləri keçirilir

Baxış sayı:
3550

Bu gün Böyük Britaniyada növbədənkənar parlament seçkiləri keçirilir. 
APA-nın Böyük Britaniya bürosunun verdiyi xəbərə görə, səsvermə yerli vaxtla səhər saat 7:00-dən axşam 22:00-dək davam edəcək. Cavabların isə növbəti günün səhər saatlarında açıqlanması gözlənilir. Ümumilikdə isə 650 seçki dairəsi üzrə parlamentə üzv seçiləcək. 
Ölkədə ümumi elektorat 46 milyon civarındadır, 40 min seçki məntəqəsi var.