Böyük Atatürkün də sonadək bacarmadığı... - CƏHALƏT / II HISSƏ

Baxış sayı:
6313

Hər cür pislik kimi din cəhaləti də bizim üçün sağlam olmayan ortamda (şəraitdə) oluşa bilir Bəli, tariximizdə çox acı görülən odur ki, çökmüş Osmanlı Dövlətinin yerində, Mustafa Kamalın başarısıyla, Türk millətinin özgürlüyünün qazanılmasında uğurla hüquqi baza rolunu oynamış Türkiyə Böyük Millət Məclisi, 1930-cu ildə İsmət İnönünün başqanlığında, Türkiyə Cümhuriyyətinin demokratik idarəçiliyə keçilməsi cəhdinin qarşısının alınmasında əsas və üzücü (məşum) bir rol oynamışdır ki, buna da səbəb onların əksərən geri düşüncəli olmaları olmuşdur... Bildiyiniz kimi, müsəlman Şərqinin düşüncəsi, əsarətində olduğu bədəvi ərəbin yarımvəhşi görüşləri əsasında formalaşmışdır. (Əvvəli bu linkdə: Böyük Atatürkün də sonadək bacarmadığı... – CƏHALƏT) Onsuz da Avropa ölkələrinin, Türkiyə və Rusiyanın da iştirak etdiyi Berlin Konqresindən (1 iyun-1 iyul 1878-ci il), yəni Konqresin Türkiyənin xristianlar yaşayan Kiçik Asiya hissəsində yerli özünüidarə islahatı keçirilməsi qərarından sonra, Avropa dövlətləri və Rusiyanın gizlicə, on illərlə silahlandırdığı ermənilər tərəfindən Birinci Dünya Müharibəsinədək və müharibə dövründə müsəlmanlara qarşı bu vilayətlərdə (Kiçik Asiyada və Azərbaycanda) üç dəfə böyük qırğınlar törədilmiş (1893-1894, 1905-1906, 1914 sonu-1918) və müharibə aparan Osmanlı Dövləti arxadan vurulmuşdu... Qurtuluş Savaşı aparan Türk Ordusunun böyük hücumundan təlaşa düşən ingilislərin istəyi ilə Türklərlə İngiltərə və İtalya arasında 11.10.1922-ciildə Mudanya Atəşkəs Antlaşması imzalanmışdır. Mudanya Atəşkəsi ilə Qurtuluş Savaşının əsgəri səhifəsi sona çatmış, siyasi səhifəsi başlanmışdır. Bu Antlaşma ilə Doğu Trakiya (Ədirnə) və İstambul savaşsız TBMM-nə verilmiş, Osmanlı Dövləti hüquqi cəhətdən sona çatmış, Mondros Atəşkəs Antlaşması qüvvədən düşmüşdür. Mudanya Atəşkəs Antlaşmasını TBMM-si tərəfindən İsmət Paşa imzalamışdır. Daha sonra “Tarih Dosyesi...”ndən oxuyuruq: “Serbest Fırka lideri bu şekilde suçlanırkən Şükrü Kaya isə günə damğasını vuran sözünü söyləyərək Türkiyənin demokrasi yolunda halayerinde saydığını gösteryordu: “Hürriyyet namına devlet otoritesini (nüfuzunu,M.Ə.) feda edemeyiz!” Kayaya göre, Serbest Fırka ülkede karğaşa ve anarşi çıkaryordu”. Əgər, doğrudan da yeni tətbiq ediləcək üsul (o nə olursa, olsun) dövlətin sonunu gətirəcəkdisə... əlbəttə ki, bina gedilməsi səhv olardı və onda TBMM-i haqlı olardı... Axı, əslində belə deyildi, əksinə, normal siyasi yarışma “ixtişaş” adlandırılaraq bəhanə edilir və demokratiyaya açıqcasına böhtan atılırdı. ...Yəni SCF-nin artıq cücərtməyə başlatdığı yeni (İzmirdə böyük coşquyla qarşılanması) demokratik düşüncə ortamında, daha üstün fikirli insanların iqtidara gələcəyi, əski düşüncəlilərin ellikcə cümhuriyyət rəhbərliyinə daşınmayacağı və ən əsası Atatürk sonrası İ.İnönünün cümhurbaşqanı olmayacağı aşkar görünürdü deyə, bu sürəc əngəlləndi. Məncə, M.Kamalın, Sərbəst Cümhuriyyət Partiyasını qapatmaqla demokratik düşüncəli qürurlu dostlarından ayrı düşməsi və şəxsi ailəsinin olmaması onun pisliklərdən qoruna bilməməsinə şərait yaratdı. Daha sonra, M.Kamal tədricən səmimi olmayan yaltaqlarla bürokratik əhatəyə alınmaqla təkləndi və özünün Afət İnama yazdığına görə, həkimin səhv müalicəsi (43 şüşə Kinin zəhəri) ilə aradan götürüldü... Belə müalicə səhvən olmaya bilməzdi...(“Yeni mesaj” qəzetəsi, yazarı Yusif Karacanın “Gündəmdə yenidən: Atanın şehit edildigine dair içimde hiçbir şüphe kalmadı.” bitüsü (məqaləsi)). Ağıllı böyüklərimiz bilirdilər ki, haqlı tənqidi, təklifi kimin, necə deməyinin də böyük fərqi var, əgər dost edirsə, qəbul etsən, sonucda səni ellikcə uğur gözləyir, yox əgər qəbul etməsən, əlin, əldə edə biləcəyin faydadan çıxır, ya yerində sayırsan, ya da ellikcə geri düşürsən... Amma düşmənin səni haqlı tənqid etsə də və ya edə bildiyi halda, etmirsə, demək, hər iki halda əlyeri hazırlayıb, fürsət gözləyir, boşluqdan yararlanıb gec-tez səni elə vuracaq ki, qarşısını almaq gec olacaq və səni çökdürəcək. Ağıllı atalarımızın bir məsəlinin burda yeri var: “Hoohoo, var dağdan endirir, hoohoo, var dağa qaldırır.” Burada dostun (oxu, demokratik müxalifətin) hoohoosu, əlbəttə ki, dağdan endirəndir, yəni hamının xeyrinə sülhə, inkişafa aparandır. Əgər Serbəst Cümhuriyyet Fırkası yaşasaydı, onda türk toplumunda eyni məsələyə fərqli fikirlər deyilə biləcək, dartışmalardan sonra zamanı üçün cilalanmış, ən optimal gerçək fikir ortaya çıxacağı ənənəsi yaranacaq və bu, toplumun yaşam tərzinə çevriləcəkdi... Yəni fərqli fikirlərin demokratik yarışması ortamında səhv və düzgün fikirlər ayarlanacaq, bu fikirlərin haqlısı əsasında düzgün qərarlar verilməklə ən sərfəli inkişaf yoluyla keçiləcək və yurd, bütün alanlarda bu qədər ləngiməyəcək, yerində saymayacaq, bu gün sürükləndiyi cəhalətə gömülməyəcəkdi. Əksinə, eynən Qərbi Avropa və ABŞ kimi, öz milli özəlliklərilə qabağa gedə biləcəkdi... Başqa sözlə, Serbəst Cümhuriyyet Fırkasının qapadılmasıyla, hər bir toplumda olduğu kimi, Türkiyə toplumunda da daim əmələ gələn, qaynaşmaqla saf-çürük edilən və toparlanan iç enerjinin Türk xalqının faydalı iş əmsalına çevrilməsi sürəci (prosesi) əngəllənmiş oldu... Beləliklə, toplumun idarəçilikdə doğal yaradıcılıq imkanı əlindən alındı, yəni bu sahədə boşluq yarandı. Daha doğrusu, bu boşluq süni surətdə, şəxsi maraqların xeyrinə, toplumun ziyanına yaradıldı. Süni surətdə yaradılan bu boşluqda isə Atatürk tərəfindən öz qınına qısıdılmış İslam cəhaləti, ondan sonra yenidən yavaş-yavaş ayaqlanmağa başladı. Halbuki, əgər ölkədə demokratik yarışma sonucunda hərəkətli gəlişmə, çağa layiq bir yaşam tərzi oluşdurulsaydı, İslam dini cəhalətinə yol açılmaz, türk vətəndaşı da bu günkü geriliyi yaşamazdı... Necə ki, Avropada inqilablar sonucunda geriçi kilisə hakimiyyətdən kənarlaşdırılmış, xristianlıq kilisədə şam yandırmaqla məhdudlaşdırılmışdı, İslam da eynən, insan taleyi ilə bağlı yarımvəhşi fitvalar verməkdən, cəhaləti yaymaqdan uzaqlaşdırılacaq və yalnız məsciddə namaz qılınmaqla məhdudlaşdırılacaq, millətə ziyanından başqa heç bir xeyri olmadığı halda, cahillərin ianələri hesabına dövlət içində dağıdıcı bir faktora çevrilib, toplumun düşüncəsini, təlim, tərbiyəsini, bir sözlə yaşamını geriliyə sürükləyə bilməyəcəkdi. Mustafa Kamal və Əhməd Ağaoğlu Mollaların dövlət tədbirlərində iştirakı, dini icmaların vergiyə cəlb olunmaması əsla yolverilməzdir. Çünki din, özünün bütün içəriyi (mahiyyəti) ilə dünyəvi yaşam tərzinə qarşıdır və topluma indiyədək özünün varlığını bilimlə sübut etməmiş, bu barədə ancaq yalan vədlər verməklə məşğuldur. Çox üzüntülü ki, biz bu gün - XXI yüzildə yenidən ayaqlanmış İslam cəhaləti tərəfindən Atatürkün layiq Türkiyəsinin simasında Qurtuluş Savaşından qabaqkı Osmanlı dönəminin yaşadığı İslam bataqlığı dövrünə qaytarılırıq... Türkiyənin, bütövlükdə isə müsəlman Şərqinin islam dininə daha çox sarılmasında ərəbbaş din tüccarlarından başqa, Qərbi Avropa və ABŞ-ın sömürgəçi imperialist dairələrinin (oxu, maliyyə sələmçi, xammal axtaran sənaye kapitalı, xarici xüsusi xidmət, hərbi sənaye orqanları, xristian düşüncəlilər və onların hakimiyyətdə təmsilçiləri) də rolu az deyil, onlar bunu birbaşa yox, dolayısıyla içimizdəki İslam xəyanətkarlarının, sapıklarının əlilə edirlər. Çünki onlar yaxşı bilirlər ki, bir millətin (oxu: onların rəqiblərinin) geridə qalmasını, gəlişməsinin qarşısını almaq üçün onun geri düşüncəli dini yaşam tərzində saxlanılması vacibdir. Məsələn, Türkiyədə son dövrlərdə dünyəvi dövlət qurluşuna qarşı olan, ABŞ-da yuvalanan Fətulla Gülənin İslam cəhalət çetesinin oluşdurduğu, bəzən pulla, bir qarın ərzaqla satın alınan cahil elektorat (seçici) sayəsində siyasi hakimiyyətə sahiblənmiş, antidemokratik, antitürk, geriçi ərəb düşüncəli Rifah Partiyası və AKP (Adalet ve Kalkınma Partisi)-ni göstərmək olar. Lakin Qərbi Avropa və ABŞ-n sömürgəçi dairələrini, onların liberal dəyərlərə söykənən demokratlarıyla eyniləşdirmək olmaz. Çünki ikincilər BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyənnaməsinə (10.12.1948), Avropa Şurasının Avropa İnsan Hüquqları Konvensiyasına (İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya, 04.11.1950) uyğun olaraq, özləriylə yanaşı başqa insanların da xoşbəxt yaşamalarını istəyir və bu yöndə bacardıqları yardımları etməklə dəstəkləyirlər. Bu dəyərlər, dünya öncüllərinin bütün alanlarda bu günə əldə edə bildikləri ən üstün dəyərlərdir. (Ardı var) Məmmədxan Əzizxanlı