Böyük Almaniya-Amerika eşqi davam edir - Alman mediası

Baxış sayı:
1903

ABŞ-ın keçmiş prezidenti Barak Obama Almaniya kansleri Angela Merkellə görüşmək üçün Berlinə səfər edib.

2016-cı ildə prezidentlik postundan gedəndən sonra Obama Merkellə ikinci dəfə bir araya gəlib.

Sıx qrafikinə rəğmən Angela Merkel Obamaya 75 dəqiqəsini ayırıb və onu qapıda qarşılayıb. Almaniyanın nüfuzlu "Bild" nəşri tərəflərin birgə fotosuna "Bir-birinin gözlərinə baxırdılar, sanki böyük Almaniya-Amerika eşqi davam edirmiş kimi" qeydini yazıb.

Qeyd edək ki, Almaniya kansleri beynəlxalq əlaqələrdə Obama ilə olan fikir bərabərliyini xələfi Donald Trampda görə bilmir./Teleqraf