“Boşandıqdan sonra dəli olmuşdum” - Bred Bitt Ancelina Colidən ayrılmasından danışdı

Baxış sayı:
12018

Bir zamanlar Hollivudun ən parlaq, ən romantik cütlüyü Bred Pitt və Ancelina Colinin ayrılıq xəbərləri uzun müddət gündəmi zəbt etmişdi.

Muxalifet.az "ölkə.az"a istinadən xəbər verir ki, bu xəbər hər iki ulduzun pərəstişkarlarını çox üzmüşdü. Bu yaxınlarda aktyor Bred Pitt Ancelina Coli ilə boşanmasından danışıb:

"Ayrılıqdan sonra, elə bil mən tamam dəyişdim. Hər şeydən və hamıdan qaçırdım. Özümü qəfəsə həbs olunmuş kimi hiss edirdim. Hər qaranlıq gecənin bir sabahı var. Bu qadağa mənim üçün xeyirli oldu. Mən başa düşdüm ki, həyatımı, hərəkətlərimi dəyişməliyəm. Tezliklə müalicəyə başlayaraq, pis vərdişlərdən xilas olmağa çalışdım". Xatırladaq ki, boşanma səbəblərindən biri kimi Pitin alkoqolizmə meylli olduğu göstərilirdi. Hazırda onun qadağası qismən də olsa, aradan qaldırılıb. Məşhur aktyor uşaqları ilə daha çox vaxt keçirməyə başlayıb.